“Ərlərindən onlara xeyir gəlməyib, amma burada belə gözəl xəz paltolar hədiyyə edilir…”

“Rus hərbçilərinin dul qadınlarının sevinci çox çəkmədi…”

“Nə etməli, rusiyalı dul qadınlar çox, xəz paltolar azdır…”

Rusiya hakimiyyəti üçün Ukrayna prezidenti Vladimir Zelenskinin Böyük Britaniyaya səfəri gözlənilməz olub.

Onların dəqiq cavab tədbirləri planı olmadığından, qətlə yetirilən işğalçıların dul qadınlarına xəz palto paylamaq aksiyası köməyə gəlib.

Milletinsesi.az xəbər verir ki, bu barədə rusiyalı müxalif jurnalist İqor Yakovenko  Ukraynanın “24 kanal” nəşrinə danışıb.

O, qeyd edib ki, Zelenskinin Böyük Britaniyaya səfəri təkcə Rusiya üçün deyil, bir çoxları üçün gözlənilməz olub: “Səhər ayılıb görüblər ki, Ukrayna prezidenti yoxdur, o, artıq Londondadır”.

“Zelenskinin Londona qəflətən səfərinə ən əsas qarşılıq qətlə yetirilən rusiyalı işğalçılarının dul qadınlarına xəz paltoların hədiyyə edilməsi kimi ən parlaq hadisə olub. Onlar buna çox sevinib.

Bax, əllərində xəz palto, çöhrələrində sevinc olan bu dul xanımları göstəriblər, onlar sevinc hissi içərisində deyib: “Çox sağ olun”. Çünki ərlərindən onlara xeyir gəlməyib. Amma burada belə gözəl xəz paltolar hədiyyə edilir, – Yakovenko danışıb.

O, əlavə edib ki, dul qadınların sevinci çox çəkməyib, çünki çəkilişdən dərhal sonra xəz paltoları əllərindən alınıb.

“Müəyyən edilib ki, bu “xəz paltolar” “dəyişiləndir”, onlar dövrü olaraq müxtəlif insanlara verilir. Həqiqətən də, rusiyalı dul qadınlar çox, xəz paltolar isə azdır”, – jurnalist deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında təzad bundan ibarətdir.

“Digər tərəfdən də dünyanın ən güclü, inkişaf etmiş və çiçəklənən ölkəsinə səfər baş verir və orada Zelenskinin nitqi ayaqüstə alqışlarla qarşılanır…”, – Yakovenko vurğulayıb.

Dünən sosial şəbəkələrdə dərc edilən videoçarxda üzdəniraq “Luqansk xalq respublikası”nın qətlə yetirilən hərbçilərinin dul qadınları “Moskvanın rus fəalları” nümayəndələrindən aldıqları hədiyyələri göstərib.

Üzdəniraq “Donetsk xalq respublikası”nın sabiq “müdafiə naziri” İqor Qirkinin (Strelkov) həyat yoldaşı Miroslava Reginskayanın idda etdiyinə görə, bütün qadınlara cəmi 21 xəz palto hədiyyə edilib.

Xəbər verildiyi kimi, Zelenski Londona səfər edib və orada bəyan edib: “Biz azadlıq uğrunda mübarizə aparırıq, onu müdafiə etmək üçün bizə qanadlar verin”.

Mənbə

Share: