Əsir götürülən 10 hindistanlı hərbçi azad edilib

Çin ordusu iyunun 15-16-da Şərqi Ladakh vilayətində baş verən toqquşmalar zamanı əsir götürülən 10 hindistanlı hərbçini, o cümlədən polkovniki və üç mayoru azad edib.

Hindistanın “Telegraph” qəzeti yazır ki, əsirlər iyunun 18-də axşam saatlarında qarşı tərəfə təhvil verilib. Onlar generallar və dairə komandanları səviyyəsində keçirilən danışıqlardan sonra azad olunub.

Qeyd edək ki, mayın əvvəllərində Ladakh vilayətində hindistanlı və çinli əsgərlər arasında qarşıdurmadan sonra regionda vəziyyət gərginləşib. İyunun 15-dən 16-na keçən gecə vilayət ərazisindəki Qalvan çayı rayonunda iki ölkə hərbçiləri arasında toqquşma baş verib. Nəticədə Hindistan ordusunun ən azı 20 hərbçisi öldürülüb, 76-sı isə yaralanıb. Çinli hərbçilər arasında da ölənlərin olduğu bildirilir.

Share: