“Qarabağ” Çempionlar Liqası üçün bu arenanı seçdi

Ardıcıl 7-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Klubun baş meneceri Asif Əsgərov Qol.az-a açıqlamasında komandanın əvvəlkitək Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağını bildirib.

Ağdam təmsilçisi təsnifat mərhələsinin matçları üçün UEFA-ya bu arenanı sifariş edib.

Qeyd edək ki, “Qarabağ” ÇL-in 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkü avqustun 9-da atılacaq.

Share: