1 nəfər su kanalında batdı

 

Ucarda su kanalında batan şəxsin axtarışları aparılır.

Milletinsesi.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Belə ki, “112” qaynar telefon xəttinə Ucar rayonu, Alpout kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Mənbə

Share: