“Rusiyanın məqsədi rus xalqını birləşdirməkdir”

 

“Rusiya Federasiyasının məqsədi rus xalqını birləşdirməkdir, Moskva həmişə bütün mübahisələri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə çalışıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.

“İnanıram ki, biz düzgün istiqamətdə hərəkət edirik, biz öz milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Bizim sadəcə olaraq vətəndaşlarımızı qorumaqdan başqa seçimimiz yoxdur”, – dövlət başçısı bildirib.

Eyni zamanda, Putin qeyd edib ki, Rusiya həmişə yaranan bütün mübahisələrin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təmin etməyə çalışıb.

Mənbə

Share: