Bu futbol klubu itlə müqavilə bağladı- Foto

Bu futbol klubu itlə müqavilə bağladı- Foto

İtaliyanın B seriyasında çıxış edən “Empoli” klubu Mau adlı itlə müqavilə imzalayıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İt bu müqavilədən sonra komandanın rəsmi maskotu statusunu alıb. Maraqlıdır ki, Mauinin müqavilə imzalama mərasimi peşəkar futbolçularda olduğu kimi təşkil edilib. Ona klubun şərfi taxılıb və fotosessiya keçirilib.

Maui klubun tədbirlərində iştirak edəcək, tribunlarda və mediada görünəcək. O, həmçinin “Empoli”nin canlı simvolu olacaq.

Qeyd edək ki, “Empoli” B seriyasında 11 turdan sonra 9 xalla turnir cədvəlində 20 komanda arasında 19-cudur.

qol.az

Share: