“Xankəndi” stadionunda təmirdən sonra ilk rəsmi oyun…

“Xankəndi” stadionunda təmirdən sonra ilk rəsmi oyun…

Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.

Millətin Səsi.az xəbər verir ki, sözügedən araneda I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu baş tutacaq.

VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.

Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Share: