Qlobal enerji təhlükəsizliyi ciddi çətinliklərlə üzləşir — Si Tsinpin

Qlobal enerji təhlükəsizliyi ciddi çətinliklərlə  üzləşir — Si Tsinpin

Qlobal enerji təhlükəsizliyi ciddi çətinliklərlə  üz-üzədir və bu fonda Çin, Rusiya və ABŞ öz aralarındakı koordinasiyanı gücləndirə bilərlər.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdə bildirib.

Si Cinpin qeyd edib: “Qlobal enerji təhlükəsizliyi ciddi çağırışlarla üz-üzədir”.

Çin Prezidenti əlavə edib: “Bu üç ölkə qarşılıqlı əlaqə və koordinasiyanı gücləndirə, enerji sahəsində istehsal və təchizat zəncirlərinin sabitliyini və fasiləsiz fəaliyyətini birgə dəstəkləyə, həmçinin qlobal enerji bazarının təhlükəsizliyi və sabitliyinə töhfə verə bilər”.

Share: