100 Ukrayna hərbçisi Norveçdə təlim keçəcək

 

Ukrayna Silahlı Qüvvələrinin 100 hərbi qulluqçusu Norveçə yola düşəcək.

Milletinsesi.az Norveçin “Dagens Næringsliv” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Börn Arild Qram məlumat verib.

Bildirilib ki,  onlar Norveçdə hərbi təlim keçəcəklər. Təlimlər 5-6 həftə davam edəcək.

Hərbçilər atış hazırlıqları, komando təlimləri, ekstremal şəraitlərdə tibbi yardım göstərilməsi qaydaları və digər lazımi hərbi bilik və bacarıqlara yiyələnmək üçün təlimə cəlb olunacaqlar.

Mənbə

Share: