105 mindən çox uşaq elektron qeydiyyatdan keçmədən birinci sinfə qəbul olunacaq

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 105 mindən çox şagird elektron qeydiyyatdan keçmədən qəbul olunacaq.

Milletinsesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında qurumun Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri Elçin Kərimov deyib.

O bildirib ki, hazırda 105 mindən çox uşaq məktəbə hazırlıq qruplarına cəlb olunub. Bu uşaqların 6,8 faizi rus bölməsində hazırlıq keçir və onların birinci sinfə qeydiyyatı avtomatik olacaq.

Share: