Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 124-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Millətinsəsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 215 təyyarəsi, 132 helikopteri, 1373 PUA-sı, 350 zenit-raket kompleksi, 3830 tank və digər zirehli texnikası, 684 reaktiv yaylım atəş sistemi, 3025 artilleriya və minaatanı, 3870 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

 

Share: