14 yaşlı qız itkin düşüb

Bakı şəhərinin Sabunçu rayonunda 14 yaşlı qız itkin düşüb.

Hadisənin dünən axşam saatlarında baş verdiyi bildirilir.

Modern.az xəbər verir ki, İskəndərova Sevanə Samir qızı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Onun atası İskəndərov Samir İslam oğlu Sabunçu rayon polis idarəsinə müraciət edib.

Faktla bağlı Sabunçu RPİ-də əməliyyat axtarış fəaliyyəti davam etdirilir.

Mənbə

Share: