14 yaşlı qız telefonun qurbanı oldu

Cərəyana qoşduğu telefonda musiqiyə qulaq asaraq yatan Qazaxıstanda yaşayan 14 yaşlı Alua Asetkizi Abzalbek səhər oyanmayıb.

Axşam.az xəbər verir ki, səhər onu oyandırmaq üçün otağına girən ailəsi qızın cansız bədəni ilə qarşılaşıb.

Aluanın telefonu partlamışdı.

Polis mobil cihazın cərəyana qoşulu qaldığı üçün qızaraq partladığını bildirib.

İlkin nəticələrə görə, partalayışın şiddəti ilə yeniyetmənin beynində güclü travma yaranıb. Telefonun markası isə açıqlanmayıb.

Share: