152 il yaşayan insanın uzunömürlülük sirləri

Bir sıra tədqiqat məlumatları göstərir ki, insanın 90 yaşına çatması 30% genetikadan, 70% isə həyat tərzindən asılıdır.

 

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Ətraf Mühitin İnkişafı üzrə Milli Mərkəzinin direktoru Maksim Safonov uzunömürlülüyünün sirlərindən bəhs edib.

 

Onun sözlərinə görə, tarixdə insanların 120 yaşdan çox yaşadıqlarına dair nümunələr çoxdur.

 

“Deyilənlərə görə, Pirəsora dağ kəndindən olan Mahmud Bağır oğlu Eyvazov 152 il yaşayıb, 1808-ci ildə anadan olub, 1960-cı ildə vəfat edib. 148 yaşlı kolxozçu beynəlxalq səviyyədə məşhurlaşdı, mətbuat və televiziya proqramlarının qəhrəmanına çevrildi”, – Maksim Safonov bildirib.

 

O bildirib ki, uzunömürlülüyə daha çox Qafqazda doğulub orada yaşayan insanlar arasanda rast gəlinir, çünki bu yerlərin şəraiti uzunömürlülük üçün əlverişlidir.

 

Onların arasında həm təbii, həm də sosial komponentlər var – dağlarda sağlam hava, təmiz su, daimi hərəkət, stressin olmaması, qocalara hörmət, daim sevgi və yaxınları ilə əhatə olunması.

 

Bu son məqam xüsusilə vacibdir, çünki tənha insanlar daha tez ölür, ailə dəstəyi və öz məsuliyyətini duymaq isə ömrü uzadır. Bununla belə, meqapolislərdə uzunömürlülər var. Bu baxımdan, həyatının mənasını bilmək, hədəf və məqsədlərin olması insanın uzun illər yaşamasına kömək edir. Professor hesab edir ki, alimlər məqsədləri olduğu və zehni işlə çox çalışdıqları üçün uzun yaşayırlar.

 

Safonov qeyd edib ki, sağlam həyat tərzi kodeksinə o qədər də sadiq olmayan uzunömürlülər də var. Bəzi araşdırmalar göstərir ki, 90 yaşa çatmaq 30% genetikadan, 70% isə həyat tərzindən asılıdır. Eyni zamanda, əgər bir insan 110 yaş həddini keçirsə, bunun 70% -i genetikadan qaynaqlanır.

Mənbə

Share: