2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinin adları açıqlanıb.

Milletinsesi.az-ın xəbərinə görə, 2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi polşalı yazıçı Olqa Tokarçuk, 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi isə avstriyalı yazıçı Peter Handke olub.

Qeyd edək ki, ötən il Nobel Komitəsində yaşanan qalmaqal üzündən bir neçə jüri üzvü istefa verib, nəticədə Ədəbiyyat üzrə Nobel mükafatının təqdimatı təxirə salınıb.

Share: