2019-cu ilin ən məşhur serialları – Siyahı

“Netflix” 2019-cu ildə çıxan ən məşhur 10 serialın adını açıqlayıb.

Axşam.az həmin siyahını təqdim edir:

1. “Atiye” – baş rollarda Beren Saat, Mehmet Günsür, Metin Akdülgerin oynadığı ekran işində bir rəssam şəxsi səyahəti nəticəsində İstanbulda bir arxeoloji sahənin universal sirlərini və öz keçmişi ilə əlaqələrini ortaya qoyur.

2. “La casa de papel” – Polisi azdırmaq üçün 8 oğrunun İspaniya Krallığına məxsus zərbxanasında gizlənməsinə həsr olunmuş serial. Baş rollarda Ursula Karbero, Alvaro Morte, Pedro Alonso oynayıb.

3. “The  Witcher” (“Caduvar”) – Mutasiya olunmuş canavar ovçusu Geralt xaos dolu bir dünyada öz yolunu axtarır. Baş rollara Henri Kavil, Anya Şalotra, Freya Allan çəkiliblər.

4. “Hakan. Muhafiz” – Baş rollarda Çağatay Ulusoy, Ayça Ayşin Turan, Hazar Ergüçlünün oynadığı film də siyahıya daxil edilib. Müasir İstanbulda yaşayan və şəhəri ölməz bir düşməndən xilas edən gənc özünü məcaraya atır.

5. “Stranger Things” (“Qəribə əşyalar”) – Balaca qəsəbədə azyaşlı itkin düşəndən sonra oradakı digər cinayətlər ortaya çıxır. Baş rolları Vinona Rayder, David Harbor, Fin Volfhard ifa ediblər.

6. “Black Mirror” (“Qara güzgü”) – Cess Plemons, Kristin Milioti, Cimmi Simpson kimi aktyorların rol aldığı ekran işi texnologiyalarla dolu bir gələcəkdən bəhs edir.

7. “Sex Education” (“Seks təhsili”) – Cəsarətsiz Otis terapevt anası sayəsində cinsi məsləhət haqqında hər şeyi bilir. Buna görə Maeve ona məktəbdə cinsi terapiya klinikası açmağı təklif edir. Baş rollarda Asa Batəfild, Qillian Anderson, Ncuti Qatvanı görmək mümkündür.

8. “The Umbrella Academy” (“Çətin akademiyası”) – Atalarının vəfatı ilə bir araya gələn, qeyri-adi bacarıqları olan qardaşlar təhlükə saçmağa başlayırlar. Ekran işinin əsas qəhrəmanları Ellen Peyc, Tom Hopper, David Kastanedadır.

9. “The I-Land” (“Ada”) – Natali Martinez, Keyt Bosvors, Ronald Pitin olduğu filmdə yaddaşları silinmiş və bir adaya atılmış bir qrup insandan söz açılır.

10. “You” (“Sən”) – Təhlükəli bir gənc ondan asılı olan insanların həyatına girmək üçün əsəbləri ilə oynayır. Baş rollarda Pen Bədqley, Elizabet Lail, Viktoriya Pedrettini görmək mümkündür.

Share: