28-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna ordusu Rusiyanın müharibə başladığı gündən indiyə qədər olan itkiləri haqda məlumatı yeniləyib.

Millətin Səsi.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi artıq düşmənin 15 600-ə yaxın əsgərinin məhv edildiyini bildirib.

Qeyd edilib ki, 22 mart gecə saatlarına qədər olan məlumata görə, Rusiya 517 tank, 1578 hərbi zirehli maşın, 267 artilleriya sistemi, 80 reaktiv yaylım atəş sistemi, 47 hava hücumundan müdafiə sistemi, 101 (Hava Qüvvələrinin məlumatına görə – 105) təyyarə, 124 helikopter, 1008 avtomobil texnikası, 4 gəmi/kater, 60 yanacaq-sürtkü materialları sisterni, 42 PUA, 15 xüsusi texnika itirib.

Share: