32 erməni meyiti qarşı tərəfə təhvil verildi

Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilib.

 

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

 

Həmçinin bildirilib ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

 

“Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib.

 

Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək”, – məlumatda bildirilib.

Mənbə

Share: