4 yaşlı qız meymunçiçəyinə yoluxdu

Almaniyada PCR testi götürülən 4 yaşlı qızda meymunçiçəyi virusu aşkarlanıb.

Milletinsesi.az xəbər verir ki, virusa yoluxan azyaşlının ailə üzvlərindən başqa heç kimin onunla təmasda olmadığı bildirilir. Qızın xəstəliyə necə yoluxduğu hələlik məlum deyil.

Bununla da, Almaniyada meymunçiçəyinə yoluxanların ümumi sayı 2916 nəfərə yüksəlib. Onlardan 7-si qadındır. Yaş nisbətinə gəlincə, virus aşkarlanan iki gənc 15 və 17 yaşdadır. Xəstəliyə yoluxanlar arasında ilk dəfədir ki, azyaşlıya rast gəlinir.

Mənbə

Share: