![](https://milletinsesi.az/wp-content/uploads/2019/06/5d0767770eb02_Iran_Ambulance.jpg)
İranın cənub-qərbində Fars vilayətində dəhşətli avtomobil qəzası baş verib.
Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti fövqəladə hallar idarəsinin rəsmisi Həsən Himməti deyib.
H.Himmətinin sözlərinə görə, Firuzabad-Şiraz magistral yolunda 2 avtomobilin “pikap”la toqquşması nəticəsində yanğın baş verib və 5 nəfər həlak olub.
O, qəzada yaralanan 3 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.