Fəzail Ibrahimli Mübariz Ibrahimovun Ev Muzeyində- Fotolar

8 iyul  2021-ci ildə Əliabad kəndində  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Ev Muzeyinin açılış mərasimi ilə   əlaqədar tədbir keçirilmişdir.
Millətin Səsi.az xəbər verir ki, tədbirdə Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, rəsmi şəxslər, Milli Qəhrəmanın ailə üzvləri və yaxın qohumları iştirak etmişlər.
Milli Məclisin vitse-spikeri Fəzail İbrahiml türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimovun  öz yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmasından, keçdiyi həyat yolundan və göstərdiyi misilsiz qəhrəmanlığından fəxrlə söz açmışdır.
Vitse-spiker və tədbir iştirakçıları həmin gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan qardaşı oğlu, balaca Mübariz İbrahimovu 3 yaşının tamam olması münasibətilə təbrik etmişdir.
Tədbirdə məktəblilərin ifasında kompozisiya səsləndirilmişdir.Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlar və foto şəkillərlə yaxından tanış olmuşdur.Foto-sərgi iştirakçılarda böyük maraq doğurmuşdur.
Sonda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ölkə rəhbərliyinə və  tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir

Share: