55 yaşlı dostunu küçəyə çağırıb bıçaqladı

55 yaşlı dostunu küçəyə çağırıb bıçaqladı

Bakının Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqlanıb.

Milletinsesi.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.

1971-ci il təvəllüdlü Naib Təvəkkül oğlu Cəlilov dostu tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Daha sonra həmin şəxs N.Cəlilova bıçaqla xəsarət yetirib.

Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Share: