55 yaşlı qadını maşın vurub öldürdü

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.aza verilən məlumata görə, bu gün saat 19 radələrində Zaqatala şəhəri ərazisində Fərid Səmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü rayon sakini Güləsər Əliyevanı vurub.

 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: