Açılan cinayət işləri 

 

İyulun 11-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Millətin Səsi.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarılan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Mənbə

Share: