Ukrayna ordusu ötən sutka Rusiyanın İran istehsalı olan 11 “Shahed” PUA-sını vurub

Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 11 “Shahed” pilotsuz uçan aparatını (PUA) məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusu ötən gün 15 PUA ilə Ukrayna ərazisinə hücum edib.

Məlumata görə, Ukrayna müdafiəçiləri Rusiyanın cəbhə xətti mövqelərinə havadan 30 zərbə endirib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Ukrayna qoşunları əks-hücum əməliyyatını Donetskin Baxmut şəhərinin şimal və cənub istiqamətində davam etdirir, onlar şəhər ətrafındakı bütün yüksəklikləri nəzarətə götürüb.

Mənbə

Share: