87 ölkənin yük gəmiləri Fars körfəzində gözləyir

87 ölkənin yük gəmiləri Fars körfəzində gözləyir

Hazırda 87 ölkədən yük gəmiləri Fars körfəzində Hörmüz boğazından keçməyi gözləyir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib:

“Hazırda Ərəbistan körfəzində olan gəmilər dünyanın 87 ölkəsini təmsil edir”.

O əlavə edib ki, son 24 saat ərzində komandanlıq Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün onlarla gəmi sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayıb.

Share: