900 illik körpü yandı

Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü Pingnan Wan’an yanğın nəticəsində çöküb. 

 

Modern.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, yanğın əvvəlcə körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. 

 

“Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb”, – Çin Mərkəzi Televiziyası bildirib.

 

Pekin Universitetinin qədim memarlıq üzrə eksperti Xu İtaonun sözlərinə görə, yanğına ən çox ehtimal olunan səbəb insan faktorudur: “Düşünürəm ki, bu, təbii fəlakət insan tərəfindən törədilib, körpünün su üzərində kortəbii alışması nadir haldır”.

 

Xatırladaq ki, körpü 960-1279-cu illərdə Sonq sülaləsi dövründə tikilib. 

Mənbə

Share: