97 yaşlı aktyor avtomobil qəzasına düşdü

Məşhur amerikalı aktyor, komediya ustası Dik Van Dayk avtomobil qəzasına düşüb.

Sükan arxasında əyləşən 97 yaşlı aktyor “Lexus LS 500” markalı maşınını idarəetməsini itirərək onu hasara çırpıb. Qəza nəticəsində beyin silkələnməsi keçirən Dayk burnundan və ağzından qan axmasına baxmayaraq ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirməkdən imtina edib.

Daykın sözlərinə görə, qəzaya səbəb yağışlı hava səbəbi ilə yolun sürüşkən olması olub. (axşam.az)

Mənbə

Share: