99%-i hava olan ÇANTA moda tarixinə keçdi

Hər zaman fərqliliklərə imza atan Paris Moda Həftəsində bir ilk yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fransız moda evi “Coperni”nin podiumda nümayiş etdirdiyi çantanın 99%-i havadan ibarətdir.

 

 

Aksessuar 2024-cü il Yaz-Qış kolleksiyasın aiddir.

 

 

“Aerogel Air Swipe Bag” adlanan çantanın 99%-i hava, 1%-i isə şüşədir.

Onun hazırlanmasında NASA texnologiyası olan “Aerogel”dən istifadə edilib.

Çanta görünüşcə mavi dumanı və ya qatı dumanı xatırladır.  

 

Mənbə

Share: