BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Noyabr 22 2019

Siyasət

İlham Əliyev yeni başçı təyin etdi – 2 sərəncam

Azərbaycan Respublikası Prezidenti İlqar Abbasovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir. İlqar Namaz oğlu Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin. Prezidentin digər sərəncamı ilə İlqar Abbasov Suraxanı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.  

Davamı

Kirill Bakıya gəlir

Moskva və Bütün Rusun patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək. Milletinsesi.az xəbər verir ki, bu məlumatı patriarxlığın mətbuat xidməti yayıb. Məlumata görə, Kirill Bakıda dünya dini liderlərin II sammitinin açılışında iştirak edəcək. Kirillin Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında (Müqəddəs Jen-Mironosits pravoslav kafedral kilsəsi) kiçik dini mərasim keçirəcəyi vurğulanıb.  

Davamı

İlham Əliyev Krala məktub göndərdi

Prezident İlham Əliyev Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Milletinsesi.az məktubun mətnini təqdim edir: “Əlahəzrət, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan ...

Davamı

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Ağcabədi rayonunda ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1. Ağcabədi rayonunda ASAN Xidmət mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş ...

Davamı

İlham Əliyev Argentina prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş prezidenti Alberto Fernandesə təbrik məktubu ünvanlayıb. Milletinsesi.az məktubun mətnini təqdim edir: “Hörmətli cənab Fernandes, Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda ...

Davamı

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Milletinsesi.az sərəncamın mətnini təqdim edir: 1. Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il ...

Davamı

Zakir Həsənov Fransanın yeni səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycan ilə ...

Davamı

Azərbaycan Rusiyaya nota verib

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib. Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, görüş zamanı Rusiyanın ölkəmizdəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik ...

Davamı

Əli Əsədov bolqarıstanlı nazirlə görüşdü

Noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovla görüşüb. Nazirlər Kabinetinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.  

Davamı

Zakir Həsənov Branko Zebiçlə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Xorvatiyanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın genişləndirilməsində uğurlar arzulayıb. ...

Davamı