“Ermənilər səs-küy salırlar ki, Azərbaycana təzyiq göstərilsin, amma inanmıram ki…”

 

Ermənistan siyasi elitası yenə də telefon zəngləri ilə xarici dairələrə yalvarmağa başlayıb. Belə ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerlə telefon danışığı aparıb. Ermənistan xarici işlər naziri həmsöhbətinə ümumilikdə Azərbaycandan, xüsusən də Laçın-Xankəndi yolundakı vəziyyətdən şikayətlənib. Xarici işlər naziri, həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı keçirib, o, həmsöhbətinə Azərbaycan və Laçın-Xankəndi yolundakı vəziyyətdən şikayət edib. Bununla yanaşı, Ararat Mirzoyan Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bris Rokfeyə zəng edərək Azərbaycandan və Laçın-Xankəndi yolundakı vəziyyətdən şikayət edib.

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Moderator-az-a açıqlamasında bildirib ki, Azərbaycan bu məsələdə heç bir hüquq pozuntusuna yol verməyib:

“2020-ci il 10 noyabr Üçtərəfli Bəyannamədə qeyd ounub ki, Laçın yolunun təhlükəsizliyini Rusiya sülhməramlı qüvvələri həyata keçirməlidir. Amma həmin ərazilərdəki bütün faydalı qazıntılar, qızıl yataqları, mis yataqları, məsələn qızılbulaq, dəmirli və s. faydalı yataqların aqibətinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxımladır. Halbuki biz bunun əksini görürük”.

“Ona görə də ermənilərin kimə müraciət etməsinən asılı olmayaraq, beynəlxalq hüququn əsasında Azərbaycanın suverenliyinin qorunması birmənalıdır. Onların davranışı sadəcə olaraq yersiz və gülməlidir. Ermənilər səs-küy salırlar ki, Azərbaycana təzyiq göstərilsin, amma inanmıram ki, həqiqətən də kimsə onların çağırşlarını qəbul edib, Azərbaycana təzyiq göstərsin” – deyə, sabiq nazir əlavə edib.

Mərahim Nəsib

Mənbə

Share: