BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Sentyabr 22 2019

Ölkə içi

Gənc Tamaşaçılar Teatrının tavanı çökdü

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb. Hadisə bir neçə gün bundan əvvəl baş verib. Faktı teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib. Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: “Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında ...

Davamı

Bakının Zərgərpalan küçəsində hərəkət məhdudlaşdırılacaq

Yasamal rayonu Zərgərpalan küçəsində təmir işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentlyindən Milletinsesi.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən qısa müddətlik Yasamal rayonu Zərgərpalan küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu səbəbdən sürücülərdən sözügedən ərazidə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ...

Davamı

Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ

Meşə sahəsində və ora yaxın ərazidə məskunlaşan sakinlər ehtiyatlı olmalıdırlar. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə İsmayıllıda ayının kənd sakininə hücum etməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Departament rəhbəri bildirib ki, bu cür ...

Davamı

Bakı metrosundan “birinci”lərə sürpriz

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Bilik günü münasibətilə “İçərişəhər” stansiyasında birinci sinif şagirdləri olan balaca sərnişinlər üçün tədbir keçirib. Qurumdan Milletinsesi.az-a verilən məlumata görə, ilk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və s. ...

Davamı

Bu gün 4 rayonda qaz olmayacaq

Bu gün saat 10:00-dan Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq. “Azəriqaz” İstehsalat Birliyindən Milletinsesi.az-a verilən məlumata görə, buna səbəb SOCAR-ın Qaz İxrac” İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işlərinin icra olunmasıdır.

Davamı

Xalq artistinin ölüm xəbəri yalan çıxdı

Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Məsələ ilə bağlı Qafqazinfo Xalq artisti ilə əlaqə saxlayıb. C. Zeynallı açıqlamasında yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib: “Mən bilmirəm o xəbərləri kim yayır. Onlar ölümümü istəyən adamlardı. Bundan sensassiya yaratmaq istəyirlər. Ayıb olsun. Bayaqdan zənglərin ardı-arası ...

Davamı

Sabah hava necə olacaq?

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil ...

Davamı

Sabah yağış yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron ...

Davamı

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili işlər orqanlarında yeni təyinat olub. Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə İsa Babaşov Abşeron Rayon Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. O, bu təyinata qədər Nəqliyyatda Baş Polis İdraəsində çalışıb. Qeyd edək ki, bir neçə ay bundan öncə Abşeron Rayon Polis ...

Davamı

Azərbaycanda 14 nəfər qidadan zəhərləndi

Bu ilin iyul ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. AQTA-dan verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onlardan ...

Davamı