Yasamalda bina üçün inşa edilən parklanma yeri narazılıq yaratdı

 

Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yol kənarında yeni parklanma düzəldilib. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Ərazidə yaşayanlar həmin yerdə yeni tikilən bina üçün parklanma sahəsinin yaradılmasından narazılıq ediblər. Onlar bildiriblər ki, bina dar yerdə inşa olunub və orada parklanma olması əlavə sıxlıq yaradacaq.

Yasamal Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin parklanma ilə bağlı bütün aidiyyəti qurumlar tərəfindən müsbət rəylər verilib.

Mənbə

Share: