BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Cümə , Avqust 23 2019

Daily Archives: İyun 12, 2019 17:30

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın iyunun 13-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Davamı

Dünyada ən qədim samovar Şəkidə tapılıb

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub. Milletinsesi.az xəbər verir ki, tədbirdə Sozopol şəhərinin meri Katya Stoyanova, Bolqarıstan Mədəniyyət nazirinin müavini Rumen Dimitrov, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin ...

Davamı

DTX-nin tutduğu baş redaktora hökm oxundu

Hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan “Realliq.info” və digər reket informasiya saytlarının baş redaktoru İkram Rəhimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Milletinsesi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. İkram ...

Davamı

Moskvada həbs edilənlərin sayı 200-ü keçdi

Moskvada həbs edilən araşdırmaçı jurnalist İvan Qolunova dəstək aksiyası keçirilib. Milletinsesi.az xəbər verir ki, aksiyanın başlanğıcından etibarən polis həbslərə başlayıb. Aksiya zamanı həmçinin “Meduza” saytının əməkdaşı İlya Jequlev, Andrey Perçev, “MBX media”nın baş redaktoru Veronika Kuçılo da saxlanılıb. Saxlanılanlar arasında bloger Aleksey Navalnı da olub. “OVD info” həbs edilənlərin sayının ...

Davamı

Sərnişinlərə ŞAD XƏBƏR – Metroda kondisionerli qatarların sayı artır

Bakı Metropoliteninə yeni qatarların gətirilməsi prosesi davam edir “Bakı Metropoliteni”də ümumilikdə 57 qatar var, onlardan yalnız beşi kondisionerlidir. Ötən gün depoya daxil olan daha iki qatar xəttə buraxıldıqdan sonra isə kondisionerli qatarların sayı 7 olacaq”. Sputnik Azərbaycan-a açıqlamasında bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O, ...

Davamı

Günün qoroskopu.: “Ətrafınızdakılarla heç cür dil tapa bilmirsiniz”

Qoç – Müsbət emosiyalar almağa elə can atırsınız ki, həyatın yalnız bu emosiyalardan ibarət olmadığını unudursunuz. Bu gün vəzifələrinizi unudur, verdiyiniz sözləri yadınıza salmaq istəmirsiniz. Üstəlik, belə yüngüllüyə görə kimsənin sizi cəzalandırmayacağından çox əminsiniz. Yeni tanışlarınızda müsbət təəssürat yaratdığınızdan yeni əməkdaşlıq, yaxud da eşq macərasının başlanması mümkündür. Qarşı cinsin nümayəndələrinin ...

Davamı

“Qarabağ”ın futbolçusu millidə qol vurdu

“Qarabağ”ın futbolçudu Donald Geryenin çıxış etdiyi Haiti millisi növbəti oyununa çıxıb. Qol.az xəbər verir ki, komanda Kosta-Rikada keçirilən mini turnirdə Qayana ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. D.Gerye komandasının 2-ci qolunun müəllifi olub.

Davamı

Səudiyyə Ərəbistanında aeroport raket atəşinə tutulub, 26 nəfər xəsarət alıb

Yəməndə silahlı üsyan nəticəsində hakimiyyəti ələ keçirən husilər Səudiyyə Ərəbistanının Abha şəhərinin hava limanını raket atəşinə tutublar. AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası məlumat yayıb. Məlumata əsasən, raket aeroportun gəliş zalına düşüb, yaralıların hamısı mülki vətəndaşlardır. Koalisiya hadisəni hərbi cinayət ...

Davamı

Elman Babayev vəzifəsindən azad edildi

Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib. Report-un məlumatına görə, o, işdən öz istəyi ilə çıxıb. Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin inspektoru vəzifəsinə gətirilmişdi. DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri təsdiqləyib. Qeyd edək ki, E.Babayev ...

Davamı

Nabrandakı çimərliklər istifadəyə yararsızdır

Xaçmaz rayonunun Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır. Milletinsesi.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bu gün keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. O bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq ...

Davamı