Moskvada həbs edilənlərin sayı 200-ü keçdi

Moskvada həbs edilən araşdırmaçı jurnalist İvan Qolunova dəstək aksiyası keçirilib.

Milletinsesi.az xəbər verir ki, aksiyanın başlanğıcından etibarən polis həbslərə başlayıb. Aksiya zamanı həmçinin “Meduza” saytının əməkdaşı İlya Jequlev, Andrey Perçev, “MBX media”nın baş redaktoru Veronika Kuçılo da saxlanılıb. Saxlanılanlar arasında bloger Aleksey Navalnı da olub.

“OVD info” həbs edilənlərin sayının 35-ə çatdığını və saxlanılanlar arasında “Meduza”, “Dojd” və “Röyter” əməkdaşlarının olduğunu bildirib.

Qeyd edək ki, Daxili İşlər naziri Vladimir Kolokoltsev ötən gün jurnalistlərə açıqlamasında rusiyalı araşdırmaçı-jurnalist İvan Qolunova qarşı irəli sürülmüş ittihamlar götürüldüyünü və onun azad ediləcəyini bildirmişdi.

***

İvan Qolunova dəstək aksiyasında saxlanılanların sayı 200 nəfəri keçib.

“İnterfaks” agentliyi saxlanılanlar arasında “Meduza”, “Röyter”, “MBX Media”, “Exo Moskva”, “Kommersant”, “Lenta.ru”, “Novaya qazeta”, “Der Şpiqel”in əməkdaşlarının olduğunu yazıb.

Etirazçılara qarşı şəhərin küçələrinə OMON yeridilib. Aksiya iştirakçılarına qarşı güc tətbiq edilib.

 

Share: