BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Daily Archives: Sentyabr 24, 2019 17:34

Zidandan istefası xəbərlərinə münasibət

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandadan göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib. Qol.az xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o, bununla bağlı suala belə cavab verib: “Nə vaxt ki, uduzuruq, komandadan göndərilirəm, udanda isə qalıram. Mən bu barədə fikirləşmirəm. Diqqətimi yalnız qarşıdakı oyunlara yönəldirəm”.

Davamı

Bayılda neft buruqlarının mühərrikləri oğurlanıb

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək qəsəbə ərazisində müxtəlif vaxtlarda 5 ədəd neft mühərriyinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib. İdarənin əməkdaşları tərəfindən dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd ...

Davamı

Saatlı xəstəxanasında ölüm hadisəsi

Saatlı Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Report-un xəbərinə görə, orada müalicə alan rayonun Bəylər kənd sakini, 1962-ci il təvəllüdlü Rəcəb Məhərrəmov ölüb. Onun ölümünün səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.  

Davamı

Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Milletinsesi.az-a bildirilib ki, bankın sentyabrın 25-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.

Davamı

Böyük Britaniya Parlamenti sabah fəaliyyətini bərpa edəcək

Böyük Britaniya Parlamenti sentyabrın 25-də işini bərpa edəcək. APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya parlamentinin spikeri Con Berkou jurnalistlərə bildirib. “Palataya göstəriş verdim ki, parlamentarilər sabahdan (25 sentyabr) öz işlərini bərpa etsinlər. Parlament üzvlərinin iclası yerli vaxtla sabah 11:30-da başlayacaq ”, deyə Berkou bildirib. Berkounun sözlərinə ...

Davamı

Ağdamda transformator yanıb

Ağdam rayonunun Sarıcalı kəndində transformatorun sarğıları və giriş kabeli 12 p.m yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Davamı

Tramp Ukraynaya hərbi yardımı dayandırdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığından bir həftə əvvəl Administrativ Büdcə İdarəsinin rəhbəri Mika Malveyniyə Ukraynaya 400 milyon dollar hərbi yardımın ayrılmasını müvəqqəti olaraq bloklamaq tapşırığı verib. Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti yayıb. Məlumata görə, iyulun ortasında həmçinin Müdafiə Nazirliyi və ...

Davamı

Pakistanda 6,1 bal gücündə zəlzələ olub

Pakistanda 6.1 bal gücündə zəlzələ baş verib. Milletinsesi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi informasiya yayıb. Yerli vaxtla 16:01-də qeydə alınan zəlzələ paytaxt İslamabadda da hiss edilib. Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb. Hələlik zəlzələnin fəsadları barədə məlumat açıqlanmayıb.  

Davamı

NATO ekspertləri Bakıya gəldi

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO ekspertlərinin iştirakı ilə pedaqoji təlimatçıların treninqi keçirilir. Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən xəbərə görə, treninqin məqsədi aparıcı pedaqoji təlimatçıların hazırlanaraq, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin pedaqoji potensialının Müdafiə Nazirliyinin kadr resursları hesabına təkmilləşdirilməsinə yardım göstərməkdən ibarətdir. Sentyabrın 27-dək davam edəcək ...

Davamı

11 ildən sonra evləndilər

Aktyorlar İnci Türkay və Atilla Saral 11 illik münasibətlərini ciddiləşdirmək qərarına gəlib. Axşam.az xəbər verir ki, cütlük Londonda nikah masasına oturub. Sadə bir qonaqlıq təşkil edən Atilla və İnci yalnız yaxınlarını dəvət edib. Onlar nikahın şənbə günü gerçəkləşdiyini deyib.

Davamı