Zidandan istefası xəbərlərinə münasibət

“Real”ın baş məşqçisi Zinəddin Zidan komandadan göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o, bununla bağlı suala belə cavab verib:

“Nə vaxt ki, uduzuruq, komandadan göndərilirəm, udanda isə qalıram. Mən bu barədə fikirləşmirəm. Diqqətimi yalnız qarşıdakı oyunlara yönəldirəm”.

Share: