Türkiyədə məntəqə sədrləri seçki andı içdi

Türkiyədə prezident seçkilərinin II turunda məntəqə sədri olacaq vəzifəlilər and içib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, seçkilərdə iştirak edəcək məntəqə sədrləri, məsul şəxslər və partiya müşahidəçiləri bu gün səhər tezdən çalışacaqları məntəqələrə gediblər.
 

Səsvermə prosesinə başlamazdan əvvəl məmurlar məntəqə sədrlərinin dediklərini təkrarlayaraq and içiblər.
 

Seçki məntəqələrindəki vəzifəli şəxslərin andı belədir:
 

“Şərəf, vicdan və bütün müqəddəslərimə and içirəm ki, seçkilərin nəticələrinin heç bir təsir altında olmadan, heç kimdən qorxmadan tam və dəqiq müəyyən edilməsi üçün qanuna uyğun olaraq vəzifəmi yerinə yetirəcəyəm”.
 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.

Mənbə

Share: