Nəticələrin daha tez yekunlaşacağını gözləyirik

Türkiyə Ali Seçki Komissiyası (YSK)  sədri Əhməd Yener Ankarada səsvermədən sonra açıqlama verib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, YSK sədri açıqlamasında seçkilərin problemsiz davam etdiyini bildirərək: “Bu seçkidə yalnız prezidentliyə namizədlər mübarizə apardığı üçün nəticələrin daha tez yekunlaşmasını gözləyirik”, – deyib.

 

Prezident seçkilərinin Türkiyə demokratiyasına, prezidentliyə namizədlərə və siyasi partiyalara xeyirli olmasını arzulayan Yenər: “Seçkilər indiyə qədər rahat keçir, türk xalqına xeyirli olsun”, – deyə əlavə edib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək.

Mənbə

Share: