Ermənistan əsir saxladığı əsgərləri geri qaytarmalıdır

“Ermənistan hələ də keçmiş səhvlərindən dərs çıxarmır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

 

XİN rəsmisi bildirib ki, Ermənistan təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta məlumatlar yayır:

 

“Ermənistan təxribatlara son qoymalı, Azərbaycan Ordusunun əsir saxladığı iki əsgərini geri qaytarmalı və 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.

Mənbə

Share: