Neftin qiyməti kəskin bahalaşdı

Dünya bazarında neftin qiymətlərində kəskin bahalaşma müşahidə edilir.

Milletinsesi.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 6 dollara yaxın qalxaraq, 66,2 dollar olub. Yüngül neft isə 4,78 dollar qalxıb və hazırda 59,63 dollaradır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus 2 böyük neftayrıma zavoduna dron hücumu nəticəsində böyük yanğınlar başlayıb. Bu hücumdan sonra neftin bahalaşacağı gözlənilirdi.

 

Share: