Estoniya Ukraynaya yenidın 6,5 milyon yardım edəcək

Estoniya Ukraynaya yenidın 6,5  milyon  yardım edəcək

Estoniya hakimiyyəti Ukraynaya əlavə 6,5 milyon avro məbləğində yardım ayırmaq qərarına gəlib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Naziri Marqus Tsaxknaya istinadən Estoniyanın milli ictimai yayımçısı ERR məlumat yayıb.

Nazirin sözlərinə görə, Tallin Kiyevə dəmir yolu lokomotivlərinin tədarükü üçün 4,5 milyon avro, “Ukraynanın bərpası və yenidən qurulmasına töhfə verən” “SPUR 2.0” proqramı çərçivəsində isə daha 2 milyon avro ayıracaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dəfələrlə bəyan edib ki, Qərbin Kiyevə göstərdiyi yardım hərbi əməliyyatların gedişatına təsir edə biləcək bir möcüzəvi həll yolu olmayacaq və Qərb silahları “Rusiya silahlı qüvvələri tərəfindən sistemli şəkildə məhv ediləcək”.

Share: