Azərbaycsn və Türkiyənin Ukraynadakı səfirləri görüşdü 

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Türkiyənin bu ölkədəki səfiri Yağmur Ahmet Güldere ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat özünün “Twitter” hesabında məlumat yayıb.

 

“Can Türkiyənin Ukraynadakı Səfiri, dəyərli qardaşım Yağmur Ahmet Güldere ilə tanış olmaqdan məmnun oldum. “Bir millət iki dövlət” şüarı ilə Kiyevdə əməkdaşlıq edəcəyik” – diplomat qeyd edib.

Mənbə

Share: