Ukrayna ordusunun əks-hücumu asan olmayıb

Ukrayna silahlı qüvvələrinin Zaporojye istiqamətində hücumu asan olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı Ukrayna hərbi kəşfiyyatındakı mənbəyə istinadən yazır. 

 

Mənbə bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə xeyli sayda zirehli texnika və şəxsi heyət itkisi verib.

 

Məlumata görə, Orexov-Tokmak istiqamətində döyüşlər çətin keçib, onlarla əsgər həlak olub. Orexov şəhəri Dnepr çayının sol qolu olan Konka çayının sol sahilində, Tokmak şəhəri isə Molochnaya çayının vadisində yerləşir.

 

Hərbi kəşfiyyatdakı mənbə deyib ki, Ukrayna 47-ci briqadadan istifadə edərək hücuma keçib, lakin Rusiya ordusunun inşa etdiyi istehkamlar onlara mane olub.

Mənbə

Share: