
NATO-nun Vilnüsdə iyulun 11-12-də keçiriləcək sammitində İsveç alyansa qoşula bilər.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq danışıb.
Onun sözlərinə görə, İsveç Türkiyənin bütün tələblərini yerinə yetirib.
Stoltenberq qeyd edib ki, Stokholm silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldırıb, konstitusiya və qanunvericiliyinə dəyişiklik edib.