Aİ Rusiyaya qarşı 140 şəxsi hədəf alan yeni sanksiyaları təsdiqlədi

Aİ Rusiyaya qarşı 140 şəxsi  hədəf alan yeni sanksiyaları təsdiqlədi

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirləri təsdiqləyiblər.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Diplomatik mənbə TASS agentliyinə məlumat verib.

Məlumat görə, bu tədbirlər üç ayrı siyahı üzrə təxminən 140 fiziki və hüquqi şəxsi əhatə edir.

Mənbə bildirib: “Nazirlər üç fərqli sanksiya mexanizmi çərçivəsində əlavə sanksiyaları təsdiqlədilər. Bu “qara siyahılar”a daxil edilən fiziki şəxslərin və təşkilatların ümumi sayı təxminən 140-dır”.

O qeyd edib ki, bu, yeni struktur tədbirlərini ehtiva etmədiyi üçün “22-ci sanksiya paketi” hesab olunmur.

Diplomat izah edib ki, sanksiyalar “kiberhücumlar, hibrid hücumlar” ittihamları, həmçinin “Ukrayna ilə bağlı ümumi sanksiya siyahısı” əsasında tətbiq olunur; sonuncu siyahıya xarici mülkiyyətdə olan tankerlərə qarşı yönəlmiş yeni tədbirlər də daxildir.

Məhdudlaşdırıcı tədbirlərə Aİ-yə üzv dövlətlərə səyahət qadağaları və aktivlərin dondurulması daxildir. Bəzi fiziki şəxslər və təşkilatlar bir neçə siyahıda yer ala bilər; bu yanaşma sanksiyaların ləğv edilməsini çətinləşdirmək məqsədi daşıyır. Tam siyahılar Aİ-nin Rəsmi Jurnalında dərc edilib qüvvəyə mindikdən sonra ictimaiyyətə təqdim olunacaq.

Share: