2023-cü ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 22 953.07 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə 11.7% çoxdur.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 4.5% artaraq 16 114.33 milyon ABŞ dollar, idxal isə 33.2% artaraq 6 838.74 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 9 275.59 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 9.8% az olub.