Azərbaycanla İran arasında Araz su anbarının cədvəli hansı əsasla tənzimlənəcək?

“Araz su anbarındakı mövcud suyun həcmi dəyişdiyi üçün cədvəl müvafiq dövrlərə görə dəyişəcək”.

 

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Oxu.Az-a Araz su anbarının iş rejimini şərh edərkən bildirib. O qeyd edib ki, aylara və suyun gəlişinə müvafiq olaraq anbardakı suyun həcmi dəyişir:

 

“Hazırda suvarma mövsümü başa çatana qədər mövcud qrafik davam edəcək. Daha sonra aylar üzrə yenidən qrafiklər təyin ediləcək. Suyun bərabər bölünməsi məsələsinə də hər iki ölkənin aidiyyəti üzrə nəzarəti həyata keçiriləcək”.

 

Qeyd edək ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 52-ci görüşü Bakı şəhərində keçirilib. Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib.

 

Mənbə

Share: