
Uruqvay millisinin futbolçusu Luis Suares karyerasını başa vurmaq istəyir.
36 yaşlı hücumçu səhhətindəki problemlərə görə bu addımı ata bilər.
Təcrübəli forvard artıq çıxış etdiyi Braziliyanın “Qremio” klubunu məlumatlandırıb. A Seriyası təmsilçisi isə Suaresin başqa klubla müqavilə imzalayacağı təqdirdə, ondan təzminat almaq niyyətindədir.
Qeyd edək ki, Luis Suaresin sözləşməsi 2024-cü ilin yayında başa çatmalıdır. O, karyerası ərzində Niderlandda “Ayaks”, İngiltərədə “Liverpul” və İspaniyada “Barselona” kimi komandaların formasını geyinib.


