“Titanik”ə görə yoxa çıxan sualtı platformadan XƏBƏR VAR 

“Titanik”ə görə yoxa çıxan sualtı platformadan XƏBƏR VAR 

ABŞ Sahil Mühafizəsi Xidməti “Titanik” gəmisinin batdığı yerin yaxınlığında yoxa çıxan “Titan” sualtı platformasının axtarış zonasında naməlum qalıqlar aşkar edilib.

 

Modern.az xəbıər verir ki, bu barədə Xidmətin mətbuat xidməti məlumat yayıb.

 

“Qalıqların olduğu ərazi “Titanik”in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı vasitənin köməyi ilə müəyyən edilib. Mütəxəssislər komandanlıqla birlikdə bu məlumatı öyrənirlər”, – açıqlamada deyilir.

 

Bildirilir ki, platformada 96 saatlıq oksigen balonu və 5 nəfər olub.

 

Xatırladaq ki, Böyük Britaniyaya məxsus “Titanik” sərnişin gəmisi 1912-ci ildə ilk səyahətində aysberq çırpılaraq batıb və 1500-dən çox insan həlak olub.

Mənbə

Share: